AFB Bank ASC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri bankın maliyyə vəziyyətində ziddiyyətli dəyişiklikləri ortaya qoyur.
Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın depozit portfeli 0,18% azalaraq yalnız 130 765 manata düşüb. 2024-cü ilin yanvar-mart dövründə depozit portfeli 130 996 manat idi.
Bununla belə, bankın xalis mənfəəti 407,02% artaraq 2 321 580 manata yüksəlib. 2024-cü ilin eyni dövründə xalis mənfəət yalnız 457 890 manat idi. Bu böyük artım, bankın maliyyə fəaliyyətinin bəzi sahələrindəki müsbət nəticələri nümayiş etdirir.
Bundan başqa, bankın aktivləri 3,06% artaraq 299 585 manata çatıb. 2024-cü ilin yanvar-mart dövründə aktivlər 290 685 manat təşkil edirdi. Aktivlərdəki artım müsbət olsa da, depozit və xalis mənfəət göstəricilərinin geriləməsi ümumi maliyyə durumunun qeyri-sabit olduğunu göstərir.
Fuad Mədətov
Finss.az