BANK

01 May

Mikro-biznesə təkan: girovsuz kreditlə biznesini böyüt!

Unibank kiçik sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə mikro-kreditlər təqdim edir. Bankın bu məhsulu biznesini genişləndirmək istəyən fərdi sahibkarlar və kiçik müəssisələr üçün əlverişli maliyyə imkanları yaradır.

Finss.az xəbər verir ki, Unibank-ın mikro-kreditləri vasitəsilə sahibkarlar 500 AZN-dən 200 000 AZN-ədək kredit cəlb edə bilərlər. Kreditlərin müddəti 9 aydan 48 ayadək, illik faiz dərəcəsi isə 5%-dən başlayır.

Kreditlər istehsal, xidmət, ticarət və kənd təsərrüfatı kimi sahələrdə fəaliyyət göstərən sahibkarların əsas vəsaitlərinin artırılması və dövriyyə kapitalının genişləndirilməsi məqsədilə nəzərdə tutulub.

Bank mikro-kreditləri təminatsız təqdim edir ki, bu da sahibkarlara əlavə girov və zaminlik tələb olunmadan maliyyə dəstəyi almağa şərait yaradır. Kreditin kassadan nağd çıxarılması zamanı isə 1-2% komissiya tətbiq olunur.

Unibank mikro-kreditləri ilə biznesini böyütmək istəyən sahibkarlara sürətli və çevik maliyyələşmə imkanı təqdim edir. Müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar bu məhsuldan faydalanaraq fəaliyyətlərini daha da irəlilədə bilərlər.

Ətraflı məlumat üçün: //unibank.az/az/loans/view/23/mikro_kreditler

Fuad Mədətov
Finss.az