“AZİNVESTKREDİT” BOKT MMC kiçik və orta biznes sahəsində fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyi göstərmək məqsədilə əlverişli şərtlərlə kredit məhsulları təklif edir.
Finss.az xəbər verir ki, kreditlərin məbləği 100 AZN-dən başlayaraq 100 000 AZN-ə qədər dəyişir. Müddət isə 3 aydan 60 ayadək müəyyən olunur. İllik faiz dərəcəsi və faktiki illik faiz dərəcəsi (FİFD) 22-36% intervalında təklif edilir. Kredit məhsuluna komissiya xərci 0%-dən başlayır.
Maliyyələşmə üçün müraciət edən şəxslərdən yalnız şəxsiyyət vəsiqəsinin surəti və gəlirləri təsdiq edən sənəd tələb olunur. Kreditlərə müraciət etmək üçün 18-80 yaş aralığında olmaq kifayətdir. Zamin və girov tələbi isə kreditin məbləğindən asılı olaraq tətbiq edilir – daşınar və ya daşınmaz əmlak girovu tələb oluna bilər.
Bu kredit məhsulu, xüsusilə mikrosahibkarlar və ailə bizneslərini böyütmək istəyənlər üçün sürətli və sərfəli maliyyə aləti hesab olunur.
Ətraflı məlumat üçün: //www.azinvestkredit.az/kredit/2
Fuad Mədətov
Finss.az