Kiçik və orta sahibkarlar üçün maliyyə imkanlarını artırmaq məqsədilə Expressbank ASC biznes kreditləri üzrə yeni şərtlər təqdim edir.
Finss.az xəbər verir ki, Expressbank-ın təqdim etdiyi biznes krediti məhsulu sahibkarlara sərfəli şərtlərlə geniş maliyyə dəstəyi təklif edir. Kreditin əsas üstünlükləri arasında 60 ayadək müddət, 5 milyon manatadək məbləğ və 12%-dən başlayan illik faiz dərəcəsi yer alır.
Bankdan verilən məlumata görə, biznes krediti Azərbaycan manatı, ABŞ dolları və ya avro valyutalarında rəsmiləşdirilə bilər. Kreditin minimal məbləği 30 min manat, maksimal məbləği isə 5 milyon manatdır. Güzəşt müddəti isə 24 ayadək müəyyən oluna bilər.
Krediti əldə etmək üçün müraciət edən hüquqi və ya fiziki şəxsin minimum 6 ay fasiləsiz fəaliyyət göstərməsi və real pul axınına malik olması tələb olunur. Kreditin təminatı olaraq daşınmaz və ya daşınar əmlak, həmçinin zaminlik formasında girov təqdim edilə bilər.
Ödəniş şərtləri sahibkarın istəyindən asılı olaraq annuitet və ya sərbəst qrafik üzrə həyata keçirilə bilər. Bank həmçinin yüksək likvidli təminatla kredit verilməsi imkanını da nəzərdən keçirir.
Qeyd edək ki, Expressbank-ın biznes krediti məhsulu, xüsusilə böyüməyə və dövriyyəsini artırmağa çalışan sahibkarlar üçün əlverişli maliyyə alətidir.
Ətrfalı məlumat üçün linkə daxil olun.
Fuad Mədətov
Finss.az