“City Finance” BOKT MMC, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaiti ilə maliyyələşdirilən güzəştli mikro biznes kreditini təklif edir.
Finss.az xəbər verir ki, bu kredit, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatçılara işlərini inkişaf etdirmək üçün sərfəli şərtlərlə maliyyə dəstəyi verir.
Kreditin məbləği 1 000 AZN-dən başlayaraq, 200 000 AZN-ə qədər ola bilər və 24 ay, 36 ay, 48 ay və 60 ay müddətində geri ödənilə bilər. Kreditin şərtlərinə görə, komissiya 1%-dən 4%-ə qədər dəyişə bilər.
Bu kredit, xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən biznes sahibləri üçün əhəmiyyətli bir maliyyə dəstəyi təklif edir və işlərin daha da böyüdülməsinə imkan yaradır.
Ətrfalı məlumat üçün linkə daxil olun: //cityfinance.az/az/business/services/loans/akia-credit
Fuad Mədətov
Finss.az