“FİNOKO” BOKT ASC, ölkədə sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə fond vəsaitləri hesabına kreditlər təqdim edir.
Finss.az xəbər verir ki, bu kreditlər, kənd təsərrüfatı, yeyinti sənayesi və yüngül sənaye kimi iqtisadiyyatın prioritet sahələrində fəaliyyət göstərən sahibkarlara yönəldilib. Kredit məbləği 5.000 manatdan 50.000 manata qədər dəyişir və faiz dərəcəsi 5% təşkil edir. Kreditin müddəti 3 ilə qədərdir, güzəşt müddəti isə 12 ay təşkil edir. Güzəşt müddətində yalnız faiz borcu ödənir, əsas borc isə müddət bitdikdən sonra ödənməyə başlanır. Kreditə müraciət etmək üçün şəxsiyyət vəsiqəsi, VÖEN, girov əmlakı və ya zəmanət, torpaq sənədi və ya icarə müqaviləsi tələb olunur. Kreditin qiymətləndirilməsi və digər xidmətlər üçün komission haqqı da tətbiq olunur.
Ətraflı məlumat üçün keçid: //finoko.com/sif
Fuad Mədətov
Finss.az