TuranBank ASC, işgüzar xanımlara mikro, kiçik və orta ölçülü ticarət, istehsalat, xidmət və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən iş yerləri üçün kredit imkanları təqdim edir. Kreditin məbləği 500 AZN-dən 100,000 AZN-ə qədərdir, müddəti isə 3 aydan 36 aya qədərdir.
Finss.az xəbər verir ki, kreditin təyinatı dövriyyə vəsaitlərinin artırılması, əsas vəsaitlərin alınması və biznesə aid olan borcların ödənilməsi məqsədilə istifadə edilə bilər. Faiz dərəcəsi illik 16.5%-dən 19%-ə qədər dəyişir. Kreditin təminatı olaraq zaminlik, daşınmaz əmlak, qiymətli metallar, nəqliyyat vasitəsi və ya nağd vəsait təqdim edilə bilər.
Kreditin ödəniş forması aylıq və annuitet qrafiki ilə həyata keçirilir. 18 aydan yuxarı müddətli kreditlərdə əsas borcun ödənişinə 3 ay güzəşt dövrü verilə bilər. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərənlər üçün vəziyyətdən asılı olaraq 6 aya qədər güzəşt müddəti tətbiq edilə bilər.
Aylıq gəlirə olan tələbə görə, müştərinin orta aylıq xalis gəliri, veriləcək kreditin aylıq ödənişinin minimum 1.5 misli olmalıdır. Bank komissiyonu yoxdur.
Faktiki illik faiz dərəcəsi (FİFD) 16.5%-dir.
Ətraflı məlumat üçün keçid: //www.turanbank.az/az/pages/21/168
Fuad Mədətov
Finss.az