BANK

02 May

Bizneslərə 500.000 AZN-dək sərfəli kredit dəstəyi

TuranBank ASC, bizneslərini inkişaf etdirmək və maliyyə axınlarını optimallaşdırmaq istəyən korporativ müştərilər üçün yeni kredit xətti imkanlarını təqdim edir.

Finss.az xəbər verir ki, bankın təklif etdiyi bu məhsul, müəssisələrin ehtiyaclarına uyğun olaraq çevik və əlverişli şərtlərlə maliyyə dəstəyi təmin edir.

Kredit xəttinin əsas şərtləri aşağıdakılardır:

  • Kredit məbləği: 10.000 - 500.000 AZN və ya ekvivalent ABŞ dolları
  • Müddət: 3 aydan 36 aya qədər

Faiz dərəcəsi:

  • AZN-də illik 18%-dən başlayaraq
  • ABŞ dollarında illik 8%-dən başlayaraq

Bu kredit xətləri, korporativ müştərilərə dövriyyə vəsaitlərinin artırılması, istehsal və satış imkanlarının genişləndirilməsi, eləcə də digər əməliyyat xərclərinin maliyyələşdirilməsi üçün sərfəli şərtlərlə resurs əldə etməyə imkan verir.

TuranBank ASC-nin bu təşəbbüsü iqtisadi fəallığın dəstəklənməsi və ölkədə biznes mühitinin inkişafına töhfə vermək məqsədi daşıyır.

Ətraflı məlumat üçün keçid: //www.turanbank.az/az/pages/21/399

Fuad Mədətov
Finss.az