BOKT “İDEAL KREDİT” MMC kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə biznes sahiblərinə illik 18%-dən başlayan faizlə 200 000 manatadək kredit təklif edir.
Finss.az xəbər verir ki, kreditlər həm Azərbaycan manatı, həm də ABŞ dollarında verilir.
Kredit şərtləri:
- Məbləğ: 500 AZN/USD – 200 000 AZN/USD
- Müddət: 3 aydan 60 ayadək
- İllik faiz dərəcəsi: 18%–32%
- Faktiki illik faiz dərəcəsi (FİFD): 18%–32%
- Komissiya xərci: 0%-dən başlayaraq
- Girov: Daşınar və daşınmaz əmlak qəbul olunur
Əsas tələblər:
- Müraciət edən şəxs minimum 18, maksimum 80 yaşda olmalıdır.
- Kreditin son ödəniş tarixinədək 80 yaşı tamam olmamalıdır.
- Müraciət edən şəxs minimum 6 ay ərzində kreditin təyinatına uyğun biznes fəaliyyəti ilə məşğul olmalıdır.
- Yaxşı kredit tarixçəsi üstünlük sayılır.
Tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsi
- VÖEN, qaimələr, kassa çekləri, icarə müqaviləsi və digər biznesə məxsusluq sənədləri
- Girov əmlakına dair sənədlər
Bu kredit məhsulu mövcud biznesin genişləndirilməsi, yeni avadanlıqların alınması və dövriyyə vəsaitlərinin artırılması üçün nəzərdə tutulub.
Ətraflı məlumat üçün keçid: //www.idealkredit.az/kredit/67ef7ba24561a61600056410
Fuad Mədətov
Finss.az