Bank VTB (Azərbaycan) ASC kiçik və orta biznes subyektləri üçün sərfəli şərtlərlə 7 milyon manatadək kredit imkanı təqdim edir.
Finss.az xəbər verir ki, kreditlər AZN və RUB valyutalarında, 15-17% arası illik faiz dərəcəsi ilə 60 ayadək müddətə təklif olunur.
Kreditin məqsədləri:
- Dövriyyə vəsaitinin artırılması (əmtəə-materialların alınması, təchizatçılarla hesablaşmalar);
- Maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi;
- Digər banklardakı borcların yenidən maliyyələşdirilməsi;
- Daşınar və daşınmaz əmlak, avadanlıq və inventarın alınması;
- Əsas fondların yenilənməsi, təmiri və ya tikintisi;
- Yeni fəaliyyət sahələrinin qurulması və biznesin genişləndirilməsi.
Əlavə üstünlüklər:
- Komissiya xərci: cəmi 0.25%-dən başlayır
- Güzəşt müddəti: 12 ayadək
- Kreditin forması: birdəfəlik, bərpa olunan və ya bərpa olunmayan kredit xətləri
- Təminat imkanları: daşınmaz əmlak, avadanlıq, bank vekselləri, əmanətlər və digər aktivlər
Bu kredit məhsulu Bank VTB (Azərbaycan) ASC-nin kiçik və orta sahibkarlığın inkişafına verdiyi davamlı dəstəyin göstəricisidir. Rəqəmsal xidmətlərdən istifadə edərək müraciət prosesi daha da sadələşdirilib.
Ətraflı məlumat üçün keçid: //vtb.az/business/loans/kicik-biznes-krediti/business-loans-1/
Fuad Mədətov
Finss.az