BANK

12 May

Sahibkarlar üçün yeni kredit kartı: Zaminsiz və faizsiz dövr ilə

"Azər Türk Bank" ASC sahibkarlar üçün nəzərdə tutulmuş xüsusi kredit kartı məhsulu təqdim edir.

Finss.az xəbər verir ki, bu kart sahibkara aylıq gəlirinin 80%-dək məbləğdə, maksimum 5 000 AZN kredit xətti təklif edir. Kredit kartı zaminsiz və təminatsız təqdim olunur, valyutası isə AZN-dir.

Kart sahiblərinə 40 günədək faizsiz (güzəşt müddətli) kredit imkanı verilir. İllik xidmət haqqı kartın istifadə müddətindən asılı olaraq dəyişir:

  • 1 illik – 15 AZN
  • 2 illik – 25 AZN
  • 3 illik – 35 AZN

Bu məhsul sahibkarların gündəlik maliyyə ehtiyaclarını rahat və çevik şəkildə qarşılamaq üçün nəzərdə tutulub. İstifadə rahatlığı və sərfəli şərtləri ilə fərqlənir.

Ətraflı məlumat üçün keçid: //atb.az/sahibkar-kredit/

Fuad Mədətov
Finss.az