"Bank of Baku" ASC biznes fəaliyyətini genişləndirmək istəyən kiçik və orta sahibkarlara sərfəli şərtlərlə kredit təklif edir.
Finss.az xəbər verir ki, bu məhsul sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
Kredit AZN və USD valyutalarında, aylıq annuitet ödəniş qrafiki ilə təqdim olunur. Komissiya haqqı 0%-dən, FİFD isə minimum 11%-dən başlayır.
Namizədlər üçün yaş həddi 20-70 arası müəyyən edilib və daşınmaz əmlak təminat kimi tələb olunur. Kredit yalnız kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün nəzərdə tutulur.
Bu məhsul, biznesin inkişafı, əsas vəsaitlərin alınması, dövriyyə kapitalının gücləndirilməsi və digər kommersiya məqsədləri üçün əlverişli maliyyə imkanları yaradır.
Ətraflı məlumat üçün keçid: //www.bankofbaku.com/az/biznes/kreditler/kos-kreditler/140
Fuad Mədətov
Finss.az