"Bank of Baku" ASC, hüquqi şəxslər və fərdi sahibkarlar üçün faktorinq xidmətini təqdim edir.
Finss.az xəbər verir ki, bu xidmət, təchizatçıların dövriyyə vəsaitlərini (ödənişləri) maliyyələşdirmək məqsədilə sifarişçilərə qarşı olan debitor borclarının bankaya (faktora) güzəşt edilməsi prosesini təmin edir.
Kreditin məbləği 5,000 AZN ilə başlayıb, maksimum 2 milyon AZN-ə qədər ola bilər. Kreditin müddəti 15-90 gün arasında dəyişir, illik faiz dərəcəsi isə 14%-dən başlayır. Bu xidmətin komissiya haqqı minimum 2% təşkil edir.
Faktorinq xidmətindən yalnız illik dövriyyəsi 1,000,000 AZN-dən az olmayan sahibkarlar və hüquqi şəxslər yararlana bilər. Təminat olaraq, daşınmaz əmlak, zaminlik, pul vəsaiti və ya digər təminatlar tələb olunur. Zaminin yaşı minimum 20, maksimum isə 70 olmalıdır.
Səhmdarların və təchizatçıların hesabları "Bank of Baku"da açılmalıdır. Borclunun hesabının BOB-da olması məcburi deyil. Bu xidmət, biznes subyektlərinə debitor borclarının vaxtında ödənilməsini təmin etməyə və likvidlik məsələlərini həll etməyə kömək edir.
Ətraflı məlumat üçün keçid: //www.bankofbaku.com/az/biznes/kreditler/korporativ-kreditler/362
Fuad Mədətov
Finss.az