Finss.az - Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Azərbaycanda kiçik və orta sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq üçün yeni investisiya təşəbbüsləri üzərində çalışır.
Korporasiyanın rəhbəri Baa Aldin Yəhya Kirimli başçılığında nümayəndə heyəti Bakıya səfər edib və yod hasilatı, Günəş enerjisi, dayanıqlı tikinti və kənd təsərrüfatı məhsullarının emalı sahələrindəki potensialı müzakirə edib.
Bundan əlavə, qurum Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və bu ərazilərdə sahibkarlığın inkişafı üzrə dəstəyini təklif edib. İslam maliyyə alətlərinin tətbiqi ilə yerli maliyyə sektorunun gücləndirilməsi və xarici investisiyaların cəlbi hədəflənir. Bu əməkdaşlıq Azərbaycanın iqtisadiyyatında dayanıqlı inkişaf və yeni layihələrin reallaşması baxımından mühüm əhəmiyyət kəsb edir.