"Bank of Baku" ASC peşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün Peşə Krediti məhsulunu təqdim edir.
Finss.az xəbər verir ki, kreditin məbləği 500 manatdan 30 000 manatadək dəyişir. Kredit müddəti 3 aydan 36 aya qədər müəyyən olunub.
İllik faiz dərəcəsi 20 faizdən başlayır. Komissiya haqqı 1 faizdən tətbiq edilir. Effektiv illik faiz dərəcəsi (FİFD) 21.74 faizdən başlayır. Ödənişlər aylıq annuitet qrafiki üzrə həyata keçirilir.
Kredit hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan və "Bank of Baku" ASC-də mənfi kredit tarixçəsi olmayan fiziki şəxslər üçün nəzərdə tutulub. Kreditin təminatı kimi daşınmaz əmlak, qızıl zinət əşyaları və ya üçüncü şəxsin zaminliyi qəbul edilir.
Borcalanın yaş həddi minimum 23, maksimum 70-dir.
Kredit yalnız Azərbaycan manatında verilir.
Ətraflı məlumat üçün keçid: //www.bankofbaku.com/az/biznes/kreditler/korporativ-kreditler/145
Fuad Mədətov
Finss.az