"AccessBank" QSC mikro biznes fəaliyyəti ilə məşğul olan şəxslər üçün sürətli kredit məhsulu təklif edir.
Finss.az xəbər verir ki, kredit məbləği maksimum 10 000 manatdır. İllik faiz dərəcəsi 24 faizdən başlayır.
Kredit müddəti 36 aya qədər müəyyən olunub. Kreditin verilməsi üçün müraciət edən şəxs bankla telefon zəngi vasitəsilə əlaqə saxlayır və kredit bir saat ərzində təsdiqlənə bilər.
Kredit yalnız biznes fəaliyyəti olan fiziki şəxslərə təqdim olunur.
Ətraflı məlumat üçün keçid: //www.accessbank.az/az/business/loans/micro/#offers
Fuad Mədətov
Finss.az