"AccessBank" QSC kiçik və orta sahibkarlar üçün nəzərdə tutulmuş yeni biznes kreditlərini təqdim edir. Bankın məlumatına görə, məhsul biznesin genişləndirilməsi və maliyyə çətinliklərinin aradan qaldırılması məqsədilə hazırlanıb.
Təklif olunan kreditlərin məbləği 50 000 AZN-dən 3 000 000 AZN-ə qədər, müddəti isə 60 aya qədər müəyyən olunub. Faiz dərəcəsi kreditin məbləğindən, müddətindən, təminat növündən, sahibkarın maliyyə vəziyyəti və kredit tarixçəsindən asılı olaraq fərqlənir.
Bank 1% komissiya haqqı tətbiq edir və hesabın açılması, nağdlaşdırma, daşınmaz əmlakın sığortalanması və qiymətləndirmə kimi əlavə xərclər tələb olunmur.
Müştərilərə güzəşt müddəti, fəaliyyətə uyğunlaşdırılmış ödəniş planı, eləcə də paralel kreditlər və kredit xətləri təklif olunur. Girov kimi daşınmaz əmlak, nəqliyyat vasitəsi, mal-materiallar və ya zamin çıxış edə bilər. Ödənişlər ayda bir dəfə bərabər hissələrlə həyata keçirilir.
Kredit almaq üçün sahibkarın aktiv fəaliyyəti olmalı, lazımi sənədləri təqdim etməsi və biznes fəaliyyəti ilə bağlı dolğun informasiya təqdim etməsi tələb olunur. Kredit müraciətinə 1-3 iş günü ərzində baxılır.
Əlavə məlumat və müraciət üçün müştərilər bankla əlaqə saxlaya və ya telefon nömrələrini qeyd edərək geri zəng xidməti vasitəsilə məlumat əldə edə bilərlər.
Ətraflı məlumat üçün keçid: //www.accessbank.az/az/business/loans/sme-loans/
Fuad Mədətov
Finss.az