BANK

16 May

Biznes sahiblərinə qısa müddətli maliyyə dəstəyi: Overdraft imkanı

"AccessBank" QSC biznes sahəsində maliyyə çevikliyini artırmaq məqsədilə Overdraft kredit məhsulunu təqdim edir.

Finss.az xəbər verir ki, bu məhsul hesabda vəsait olmadıqda belə əlavə maliyyə dəstəyi əldə etmək imkanı yaradır.

Overdraft - müştərinin hesabındakı məbləğdən artıq vəsaitlə ödəniş etməsinə imkan verən kredit növüdür. Məhsul 6 aydan 12 ayadək müddətə təklif olunur və limit müştərinin hesab dövriyyəsinə əsasən müəyyənləşdirilir.

Kreditin əsas üstünlükləri aşağıdakılardır:

  • Asan və sürətli rəsmiləşdirmə;
  • Girovsuz təqdim edilmə imkanı;
  • Yalnız istifadə edilən məbləğ və istifadə olunan gün qədər faiz hesablanması;
  • Borcun avtomatik qaydada bağlanması və təkrar istifadə imkanı;
  • Lazım olan anda əlavə vəsaitin mövcudluğu;
  • Biznes ehtiyaclarına uyğun limitlərlə müraciət imkanı.

Bankdan verilən məlumata görə, Overdraft məhsulu kiçik və orta sahibkarlıq subyektlərinin qısa müddətli likvidlik ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub.

Ətraflı məlumat üçün keçid: //www.accessbank.az/az/business/loans/overdraft/

Fuad Mədətov
Finss.az