"Yelo Bank" ASC kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar üçün limit 5 000 AZN-dək olan pulsuz Aqro kredit kartı təklif edir.
Finss.az xəbər verir ki, bank həmçinin böyük layihələr üçün 100 000 AZN-dək "Aqro kredit" imkanı yaradır.
Kredit kartı zaminsiz və girovsuz verilir və istifadə edilən məbləğə görə aylıq 2.33% faiz hesablanır. Kart üzrə 6-12 aylıq güzəşt müddəti mövcuddur.
Bankın verdiyi məlumata görə, faktiki illik faiz dərəcəsi (FİFD) 28%, komissiya isə 0% təşkil edir.
Müştərilər kredit kartından rahatlıqla istifadə edərək kənd təsərrüfatı fəaliyyətlərini maliyyələşdirə və bizneslərini genişləndirə bilərlər.
Ətraflı məlumat üçün keçid: //www.bankofbaku.com/az/kreditler/kampaniyalar/333
Fuad Mədətov
Finss.az