"Xalq Bank" ASC ofis, istehsalat və satış obyektlərinin alınması üçün 15 ilədək müddətli kommersiya ipotekası təqdim edir.
Finss.az xəbər verir ki, kreditin maksimal məbləği tələbata uyğun müəyyən edilir.
İllik faiz dərəcəsi 12%-dən başlayır, ilkin ödəniş isə alınan əmlakın dəyərinin 30%-i səviyyəsindədir. Kredit ödənişi annuitet üsulu ilə həyata keçirilir.
Borcalan kimi ikiyədək birgə borcalan qeydiyyatdan keçə bilər. Kredit təminatı kimi daşınmaz əmlak girov qoyulur və girov olunan əmlak sığortalanır. Komissiya dərəcəsi isə 0.5% (minimum 20 AZN, maksimum 1000 AZN) təşkil edir.
Kredit hüquqi şəxslərə və fiziki şəxslərə təqdim olunur. Hüquqi şəxslər üçün sahibkarlıq fəaliyyəti müddəti minimum 24 ay, fiziki şəxslər üçün isə yaş həddi 20-dən 70-ə qədər və iş stajı ən azı 6 ay olmalıdır.
Bankın məlumatına görə, bu ipoteka kredit məhsulu sahibkarlara sərfəli şərtlərlə kommersiya obyektləri əldə etmək imkanı yaradır.
Ətraflı məlumat üçün keçid: //www.xalqbank.az/az/korporativ/kreditler/qeyri-yasayis-sahelerinin-ipotekasi/esas-sertler
Fuad Mədətov
Finss.az