Kapital Bank peşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün xüsusi olaraq nəzərdə tutulan peşə krediti məhsulunu təqdim edir.
Finss.az xəbər verir ki, bu kredit növü fərdi fəaliyyəti genişləndirmək, alətlər və avadanlıqlar almaq və digər peşə məqsədli ehtiyacları qarşılamaq üçün ideal həll təklif edir.
Peşə krediti çərçivəsində kredit məbləği 1 000 AZN-dən 30 000 AZN-ə qədər, illik faiz dərəcəsi isə 20%-dən başlayaraq təklif olunur. Kreditin müddəti 36 ayadəkdir və annuitet ödəniş növü əsasında həyata keçirilir.
Kreditin üstünlükləri arasında:
- Yaşayış yerinə vizit olmadan kreditə müraciət imkanı,
- Girovsuz və zaminsiz kredit əldə etmək fürsəti,
- Kapital Bankın geniş filial şəbəkəsi vasitəsilə ən yaxın filialda sürətli xidmət imkanı qeyd olunur.
Bu imkan sayəsində fərdi sahibkarlar, sənətkarlar və digər peşə sahibləri öz fəaliyyətlərini rahatlıqla genişləndirə bilərlər.
Ətraflı məlumat üçün keçid: //www.kapitalbank.az/loans/mikro-biznes-kreditleri/pese-krediti
Fuad Mədətov
Finss.az