Kapital Bank sahibkarlıq və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün Birbank Cashback kartını təqdim edir.
Finss.az xəbər verir ki, bu kart vasitəsilə sahibkarlar gündəlik xərclərinə qənaət edə və əlavə üstünlüklərdən faydalana bilərlər.
Kart pulsuz təqdim olunur və aylıq xidmət haqqı 0 AZN təşkil edir. Kart sahibləri 7500-ə yaxın partnyor şəbəkəsində alış-veriş zamanı 1.5%-dən başlayan keşbek qazanmaq imkanı əldə edirlər.
Birbank kartı həmçinin faizsiz taksit (bölmə) funksiyası təklif edir. Kart limitinin 50%-ə qədər hissəsini nağdlaşdırmaq mümkündür. Nağdlaşdırma, köçürmə və kredit ödənişləri zamanı aylıq 2.25% kredit faizi tətbiq olunur.
Karta sahib olmaq üçün şəxsiyyət vəsiqəsi və VÖEN təqdim olunması kifayətdir. Yaş həddi 20 və yuxarı müəyyən olunub. Kart yalnız Kapital Bank vasitəsilə əldə edilə bilər.
Ətraflı məlumat üçün keçid: //www.kapitalbank.az/online-credit/birbank-cashback-sahibkarlar-ucun
Fuad Mədətov
Finss.az