Kapital Bank müştərilərə fərdi şərtlərlə avtomobil krediti təklif edir.
Finss.az xəbər verir ki, kredit illik 12,5%-dən başlayan faiz dərəcəsi ilə təqdim olunur. Rəsmiləşdirmə üçün 0,5% komissiya tətbiq edilir.
Avtomobilin dəyəri 30 000 AZN-ə qədər olduqda ilkin ödəniş minimum 50%, 30 000 AZN-dən yuxarı olduqda isə minimum 40% təşkil edir.
Kredit yalnız Azərbaycan manatı (AZN) ilə verilir və ödənişlər annuitet üsulu ilə – yəni aylıq bərabər hissələrlə həyata keçirilir.
Ətraflı məlumat üçün keçid: //private.birbank.az/
Fuad Mədətov
Finss.az