BANK

19 May

Daşınmaz əmlak alışı üçün 10%-dən başlayan faizlə biznes ipotekası

Kapital Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün biznes məqsədli ipoteka krediti təqdim edir.

Finss.az xəbər verir ki, bu kredit məhsulu sahibkarlıq fəaliyyəti üçün istifadə olunan daşınmaz əmlakın — yaşayış və ya qeyri-yaşayış təyinatlı — alınması məqsədilə verilir.

Biznes ipotekası üzrə ilkin ödəniş 30%-dən başlayır. Kredit məbləği 100 000 AZN-dən 3 000 000 AZN-ə qədər ola bilər. İllik faiz dərəcəsi 10%-dən başlayır və kredit müddəti 10 ilə qədər təyin olunur.

Sahibkarlar bu kreditlə fəaliyyətlərini daha rahat və sərfəli şərtlərlə inkişaf etdirə bilərlər.

Ətraflı məlumat üçün keçid: //ipoteka.birbank.az/az/mortgage/business/item/45

Fuad Mədətov
Finss.az