BANK

23 May

AMB-nin ötən il işçilərinə verdiyi kreditin həcmi açıqlanıb

Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarına ümumilikdə 375 min manat məbləğində kredit verib.

Finss.az xəbər verir ki, bu barədə məlumat AMB-nin rəsmi hesabatında əks olunub.

Qeyd olunub ki, bu rəqəm əvvəlki illə müqayisədə 23 min manat və ya 5,8% azdır. Belə ki, 2023-cü ildə Mərkəzi Bank tərəfindən işçilərə verilən kreditlərin ümumi həcmi 398 min manat təşkil edib.

Fuad Mədətov
Finss.az