BANK

23 May

AMB-nin torpaq, tikili və avadanlıqlarının dəyəri 538 milyon manata çatıb

Cari ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) balansında olan torpaq, tikili və avadanlıqların ümumi dəyəri 538 milyon manat təşkil edib.

Trend xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 184,6 milyon manat və ya 52,2 faiz artım deməkdir.

Qeyd edək ki, 2024-cü il yanvarın 1-nə bu göstərici 353,4 milyon manat səviyyəsində olub.

Fuad Mədətov
Finss.az