BANK

23 May

AMB 1,755 milyon manatlıq qeyri-maddi aktiv alıb

2025-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 1,755 milyon manat məbləğində qeyri-maddi aktivlər alıb.

Finss.az xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 1,834 milyon manat və ya iki dəfədən çox azalıb. Belə ki, 2024-cü ildə AMB tərəfindən 3,589 milyon manat dəyərində qeyri-maddi aktivlər əldə edilib.

Qeyd edək ki, qeyri-maddi aktivlər fiziki formaya malik olmayan, lakin müəssisəyə uzunmüddətli iqtisadi fayda gətirən aktivlərdir. Bu aktivlər şirkətin mülkiyyətində olur və müəyyən müddət ərzində istifadə edilir. Onlar adətən şirkətin gələcəkdə gəlir əldə etməsinə kömək edir.

Fuad Mədətov
Finss.az