BANK

23 May

Ötən il İslam İnkişaf Bankı Azərbaycana 1,0437 milyard dollar maliyyə ayırıb

İslam İnkişaf Bankının (IsDB) adi kapital resurslarından 2024-cü ilin sonuna qədər Azərbaycana ayrılmış ümumi təsdiqlənmiş maliyyələşmə həcmi 1,0437 milyard ABŞ dolları təşkil edib.

Finss.az-ın məlumatına görə, bu barədə maliyyə təşkilatının 2024-cü il üzrə illik hesabatında bildirilib.

Vəsaitlər əsasən aşağıdakı prioritet sahələrə yönəldilib:

  • Kənd təsərrüfatının dəstəklənməsi üçün 209 milyon dollar,
  • Enerji sektoru üçün 494,7 milyon dollar — ən çox maliyyə ayrılan sahə,
  • Su təchizatı, sanitariya infrastrukturu və şəhər xidmətlərinin inkişafına 264,9 milyon dollar,
  • Nəqliyyat sektoruna 45,1 milyon dollar,
  • Səhiyyəyə 19,2 milyon dollar.

Bundan başqa, 108 milyon dollar digər sahələrə bölüşdürülüb ki, bunlar arasında maliyyə sektoru, dövlət idarəçiliyi, daşınmaz əmlak bazarı və ticarət sahələri var.

2024-cü ildə isə Azərbaycana İslam İnkişaf Bankının adi kapital resurslarından ayrılmış yeni təsdiqlənmiş vəsaitlərin həcmi 96,5 milyon dollar təşkil edib və bu məbləğ tam olaraq kənd təsərrüfatı sektoruna yönəldilib.