BANK

23 May

Mərkəzi Bank BOKT-lara kredit verilişini bir ildə 6,9 milyon manatazaldıb

2025-ci il yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) bank olmayan kredit təşkilatlarına (BOKT) verdiyi kreditlərin həcmi cəmi 648 min manat təşkil edib.

finss.az-ın AMB-ə istinadla yaydığı məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,936 milyon manat və ya 11,7 dəfə azalıb.

Qeyd edək ki, 2024-cü ilin əvvəlində bu rəqəm 7,584 milyon manat səviyyəsində idi.

Fuad Mədətov
Finss.az