BANK

02 İyun

Azərbaycanda banklar sənaye və istehsal sektoruna kredit qoyuluşlarını artırıb

Bu ilin mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən sənaye və inşaat sektoruna qoyulmuş kreditlərin həcmi 1,6 milyard manata çatıb.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 14,2 milyon manat və ya 0,9% az, ötən ilin eyni dövrü ilə müqayisədə 199,2 milyon manat və ya 14% çoxdur.

Qeyd edək ki, ümumilikdə, Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 29,9 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 219,4 milyon manat və ya 0,7%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3,9 milyard manat və ya 15,1% artım deməkdir.

Fuad Mədətov
Finss.az