Bank “BTB” ASC fiziki şəxslərə qızıl girovu əsasında lombard kreditləri təqdim edir.
Finss.az xəbər verir ki, kreditin məbləği 300 AZN-dən başlayaraq 100 000 AZN-dək dəyişir. Müddət 1 aydan 48 ayadək müəyyən edilir.
İllik faiz dərəcəsi minimum 18%-dən başlayır, lakin bu göstərici kredit komitəsinin qərarına əsasən fərqli müəyyən oluna bilər. Effektiv illik faiz dərəcəsi isə 22.11%-dən hesablanır.
Kreditin rəsmiləşdirilməsi zamanı minimum 1% (azı 10 AZN) komissiya haqqı və 10 AZN-dən başlayaraq qiymətləndirmə haqqı tətbiq edilir. Ödənişlər annuitet formasında həyata keçirilir.
Kreditin təminatı olaraq yalnız qızıl əşyaları tələb olunur. Zaminlik şərti nəzərdə tutulmayıb. Müştəridən tələb olunan yeganə sənəd şəxsiyyət vəsiqəsidir.
Lombard krediti tez və minimal sənədlərlə maliyyə ehtiyaclarını qarşılamaq istəyən fiziki şəxslər üçün nəzərdə tutulub.
Ətraflı məlumat üçün keçid: //www.btb.az/az/individual/loans/lombard-krediti-8
Fuad Mədətov
Finss.az