Bank “BTB” ASC və “MİDA” “Güzəştli Mənzil” sistemində iştirak edən şəxslər üçün ipoteka kreditləri təklif edir. Kredit məbləği yaşayış sahəsinin satış qiymətinin 90 faizindən çox olmamaqla maksimum 100 000 AZN-dək müəyyən olunur. Kredit müddəti 3 ildən 30 ilə qədərdir. İllik faiz dərəcəsi 4% təşkil edir, ilkin ödəniş minimum 10% olmalıdır. Ödəniş forması annuitet qaydasındadır.
Kredit götürmək üçün borcalanın və ailə üzvlərinin şəxsiyyət sənədləri, nikah şəhadətnaməsi, gəlirləri təsdiq edən sənədlər, ipoteka predmetinin qiymətləndirmə aktı və digər müvafiq sənədlər təqdim olunmalıdır. Fərdi sahibkarlar əlavə olaraq vergi orqanlarından gəlir və fəaliyyətlə bağlı sənədlər təqdim etməlidirlər.
Kredit “Güzəştli Mənzil” sistemində elektron kabinetə malik və mənzil seçən aşağıdakı kateqoriyalardakı şəxslər üçün nəzərdə tutulub: şəhid və milli qəhrəmanların övladları, məcburi köçkünlər, dövlət qulluqçuları, müəllimlər, fəlsəfə və elmlər doktorları, idman sahəsində xidmət edənlər, jurnalistlər, hərbi qulluqçular və digər müəyyən edilmiş sosial qruplar.
Qeyd edilir ki, güzəştli ipoteka kreditindən istifadə hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə yararlana bilər.
Ətraflı məlumat üçün keçid: //www.btb.az/az/individual/loans/mida-ipoteka-kreditleri-10
Fuad Mədətov
Finss.az