BANK

04 İyun

Fiziki şəxslərə istehlak krediti: 30 min manata qədər maliyyə dəstəyi

“Azərbaycan Sənaye Bankı” ASC (ASB) fiziki şəxslər üçün istehlak krediti üzrə yeni şərtlər elan edib. Bankın təqdim etdiyi bu kredit məhsulu vətəndaşların istədikləri vaxt və istədikləri məkandan alış-veriş etməsini asanlaşdırmaq məqsədi daşıyır.

İstehlak krediti 500 manatdan başlayaraq maksimum 30 000 manatadək verilir. Kredit müddəti 36 aya qədər müəyyən edilib. Faiz dərəcələri müştərinin statusuna (maaş müştərisi və ya digər) və kreditin təminat formasına görə 13%-dən 19%-dək dəyişir. FIFD (faktiki illik faiz dərəcəsi) isə minimum 13,70%, maksimum isə 20,95% təşkil edir.

Əsas şərtlər:

  • Minimum aylıq gəlir: 350 manat (borcalan və zamin üçün, vergilər çıxıldıqdan sonra)
  • Minimum iş stajı: 6 ay
  • Yaş həddi: 18 – 65 yaş
  • Komissiya: Kredit məbləğinin 1%-i
  • Ödəniş yükü: Aylıq ödəniş müştərinin ümumi gəlirinin 45%-dən artıq olmamalıdır

Təminat və zaminlik:
Maaş müştəriləri üçün 15 000 manatadək kredit zaminsiz, 15 001 – 30 000 manat arası isə 1 zaminlə təqdim olunur. Digər müştərilər üçün zaminsiz maksimum kredit məbləği 10 000 manatdır. 30 000 manatdan yuxarı kreditlərdə daşınmaz əmlak girovu tələb olunur.

Zaminsiz və zaminli kreditlər üzrə faiz dərəcələri:

  • Maaş müştərisi – təkrar müraciət: zaminsiz 16%-dən başlayır
  • Maaş müştərisi – yeni müştəri: zaminsiz 17%-dən başlayır
  • Digər müştəri qrupu: zaminsiz 18%-dən başlayır, yeni müştərilərdə bu faiz 19%-ə qədər yüksəlir

Sığorta tələbinə əsasən, girov kimi təqdim olunan daşınmaz əmlak kreditin müddəti boyu sığortalanmalıdır.

ASB-nin verdiyi açıqlamaya görə, istehlak kreditləri müştərinin ehtiyacları və maliyyə vəziyyəti nəzərə alınaraq fərdi yanaşma ilə təqdim edilir. Məqsəd – düzgün məhsulu düzgün müştəriyə təklif etmək və şəffaf şərtlərlə maliyyə dəstəyi göstərməkdir.

Daha ətraflı məlumat və müraciət üçün: //www.asb.az/az/kreditler/nagd-pul-krediti2

Fuad Mədətov
Fins.az