“TuranBank” ASC əmanət və kredit məhsullarını eyni valyutada istifadə edən müştərilərə xüsusi şərait təqdim edir.
Finss.az xəbər verir ki, bankın yeni qaydalarına əsasən, əmanət məbləğinin 90%-dək kredit almaq mümkündür və bu kreditin müddəti əmanətin bitmə vaxtına qədər hesablanır.
Əsas şərtlər aşağıdakılardır:
- Kredit məbləği: Əmanət məbləğinin 90%-dək (LTV əmsalı qorunmaqla)
- Müddət: Əmanətin müddətinin sonunadək
- İllik faiz dərəcəsi: Əmanət faizi + 4%
- Təminat: Kredit əmanət ilə təmin olunur
- Ödəniş forması: Annuitet üsulu ilə bərabər aylıq ödənişlər
- Bank komissiyası: 0.5% nağdlaşdırma komissiyası
Bu yeni xidmət müştərilərə həm əmanətlərindən səmərəli istifadə etmək, həm də əlavə maliyyə ehtiyaclarını ödəmək imkanı yaradır. Əmanət hesabındakı məbləğin böyük hissəsini girov qoyaraq, əlavə kredit əldə etmək mümkündür.
Ətraflı məlumat üçün keçid: //www.turanbank.az/az/pages/22/246
Fuad Mədətov
Finss.az