BANK

04 İyun

Əmanət valyutanız fərqli olsa da, manatla kredit ala bilərsiniz

“TuranBank” ASC əmanətçilərə digər valyutada olan əmanətləri əsasında Azərbaycan manatı ilə kredit verilməsini təmin edir.

Finss.az xəbər verir ki, bankın yeni şərtlərinə əsasən, əmanət məbləğinin 50%-dək kredit almaq mümkündür və məbləğ həmin günün Mərkəzi Bankın rəsmi məzənnəsi ilə hesablanır.

Kreditin maksimum müddəti 1 il, illik faiz dərəcəsi isə əmanət faizi üzərinə 15% əlavə olunur. Kredit təminatı kimi əmanət əsasında verilən kredit annuitet üsulu ilə ödənilir.

Bank komissiyası isə 0.5% nağdlaşdırma komissiyasından ibarətdir.

Bu xidmət əmanətçilərə digər valyutada saxladığı vəsaitin bir hissəsini manatla kredit şəklində istifadə etməyə imkan yaradır.

Ətraflı məlumat üçün keçid: //www.turanbank.az/az/pages/22/246

Fuad Mədətov
Finss.az