Bank Respublika ASC-nin Dövlət İpotekası – Güzəştli proqramı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (ARİKZF) vəsaiti hesabına ipoteka krediti təklif edir.
Finss.az xəbər verir ki, krediti 100 000 AZN-dək almaq mümkündür. Müddət 3 ildən 30 ilə qədər, illik faiz dərəcəsi isə 4% təşkil edir. İlkin ödəniş 30%-dir.
İpoteka kreditinə müraciət etmək üçün Elektron Hökumət Portalında (www.e-gov.az) yerləşən “Elektron ipoteka və kredit zəmanət” sisteminə gücləndirilmiş elektron imza (e-imza və ya asan imza) ilə qeydiyyatdan keçmək tələb olunur.
Kreditə müraciət edən şəxsin və ailə üzvlərinin xərci 250 AZN-dir. Yaş həddi həm kişilər, həm də qadınlar üçün 65 yaşa qədər müəyyən edilib. Kreditlə təmin edilən daşınmaz əmlak bazar qiyməti əsasında ipoteka sığortası tələb olunur və sığorta məbləği kreditin həcmindən az olmamalıdır.
Kredit yalnız Bakı, Sumqayıt, Xırdalan, Quba, Xaçmaz, Lənkəran, Şirvan, Gəncə, Masallı, Mingəçevir, Şəki və Naxçıvan şəhərlərində yerləşən mənzillərin alınması üçün verilə bilər. Fərdi evlər yalnız Bakı şəhərində girov kimi qəbul edilir. İpoteka kreditləri 01.01.1970 ildən sonra inşa edilmiş çoxmənzilli binalardakı mənzillərin alınması məqsədilə verilir.
Ətraflı məlumat üçün: //www.bankrespublika.az/az/ipoteka/dovlet-ipotekasi-guzestli_2587
Fuad Mədətov
Finss.az