Bank Respublika ASC-nin Dövlət İpotekası – Adi proqramı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (ARİKZF) vəsaiti hesabına ipoteka krediti təqdim edir.
Finss.az xəbər verir ki, bu kreditin məbləği 150 000 AZN-dək ola bilər. Kredit müddəti 3 ildən 25 ilə qədər, illik faiz dərəcəsi isə 8% təşkil edir. İlkin ödəniş məbləği 30%-dir.
İpoteka kreditinə müraciət etmək üçün Elektron Hökumət Portalında (www.e-gov.az) yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemində gücləndirilmiş elektron imza (e-imza və ya asan imza) ilə qeydiyyatdan keçmək lazımdır.
Kredit üçün borcalanın və ailə üzvünün xərci 250 AZN-dir. Yaş həddi həm kişi, həm də qadınlar üçün 65 yaşa qədər müəyyən edilib. Kreditlə təmin edilən daşınmaz əmlakın bazar qiyməti əsasında ipoteka sığortası tələb olunur və sığorta məbləği kreditin həcmindən az olmamalıdır.
Kredit yalnız Bakı, Sumqayıt, Xırdalan, Quba, Xaçmaz, Lənkəran, Şirvan, Gəncə, Masallı, Mingəçevir, Şəki və Naxçıvan şəhərlərində yerləşən mənzillərin alınması üçün verilə bilər. Fərdi evlər yalnız Bakı şəhərində girov kimi qəbul edilir. İpoteka kreditləri 01.01.1970 ildən sonra inşa edilmiş çoxmənzilli binalardakı mənzillərin alınması məqsədilə təqdim olunur.
Ətraflı məlumat üçün: //www.bankrespublika.az/az/ipoteka/dovlet-ipotekasi_2585
Fuad Mədətov
Finss.az