Xalq Bank müştərilərinə daxili vəsaiti hesabına sərfəli ipoteka krediti təklif edir.
Finss.az xəbər verir ki, yeni mənzil sahibi olmaq istəyənlər bu məhsul çərçivəsində 250 000 AZN-dək məbləğdə, 22 ilədək müddətli ipoteka krediti əldə edə bilərlər. İllik faiz dərəcəsi 11-13% aralığında müəyyən edilir. Kreditdən yararlanmaq üçün alınacaq əmlakın dəyərinin minimum 30%-i ilkin ödəniş olaraq tələb olunur.
Bankın daxili ipoteka məhsulu, xüsusilə uzunmüddətli və münasib şərtlərlə ev sahibi olmaq istəyənlər üçün əlverişli imkanlar təqdim edir.
Ətraflı məlumat üçün: //www.xalqbank.az/az/ferdi/kreditler/ipoteka
Fuad Mədətov
Finss.az