Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci ilin dördüncü rübündə uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 7 %-ə endirəcəyi proqnozlaşdırılır.
Finss.az xəbər verir ki, bu barədə məlumatı Niderlandın “ING Group”u yayıb.
Qurumun gözləntilərinə əsasən, AMB 2026-cı ilin üçüncü rübünə qədər uçot dərəcəsini 7 % səviyyəsində saxlayacaq, həmin ilin sonuna doğru isə bu göstərici mərhələli şəkildə öncə 7,25 %-ə, daha sonra isə 7,75 %-ə yüksələcək.
Xatırladaq ki, Mərkəzi Bank 2025-ci il iyunun 11-də uçot dərəcəsini dəyişməyərək 7,25 % səviyyəsində saxlamışdı. Daha əvvəl “ING Group” cari ilin ikinci rübündən başlayaraq ölkədə pul-kredit siyasətinin 7,5 %-ə qədər sərtləşdiriləcəyini də proqnozlaşdırmışdı.
Fuad Mədətov
Finss.az