BANK

17 İyun

Dövlət dəstəyi ilə 30 ilədək müddətə 4% illik faizlə ipoteka krediti təqdim edilir

“PAŞA Bank” ASC Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (ARİKZF) vəsaiti hesabına maliyyələşdirilən güzəştli ipoteka krediti çərçivəsində mənzil sahibi olmaq istəyən vətəndaşlara illik cəmi 4% faiz dərəcəsi ilə 30 ilədək ipoteka krediti təklif edir.

Finss.az xəbər verir ki, kreditin maksimal məbləği 100 000 manat (bəzən 150 000 AZN-ə qədər), ilkin ödəniş isə mənzil dəyərinin minimum 20%-i həcmində müəyyən edilir.

Kredit yalnız Azərbaycan vətəndaşlarına təqdim olunur və kreditin son ödəniş tarixinədək borcalanın yaşı pensiya yaş həddini keçməməlidir. Aylıq ödəniş məbləği borcalanın ümumi gəlirinin 70%-ni aşmamalıdır. Mənzil alınan yaşayış sahəsi girov qismində çıxış edir və mütləq sığortalanmalıdır.

Güzəştli ipoteka kreditindən yalnız bir dəfə istifadə hüququ verilir və yalnız yaxın ailə üzvləri borcalan qismində çıxış edə bilərlər. İpoteka fərdi evlərə və ya 1970-ci ildən sonra tikilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir.

Bu kredit növü dövlət dəstəyilə ev sahibi olmaq istəyən ailələr üçün əlverişli şərtlərlə təqdim edilir.

Ətraflı məlumat üçün: //ipoteka.pashabank.az/az/ipoteka/discounted-government-mortgage/details

Fuad Mədətov
Finss.az