BANK

17 İyun

25 ilədək müddətə 8% illik faizlə ipoteka krediti: Maksimum 150 000 AZN məbləğində

“PAŞA Bank” ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (ARİKZF) vəsaiti hesabına verilən ipoteka kreditini təqdim edir. Kredit çərçivəsində vətəndaşlara 8% illik faiz dərəcəsi ilə, 25 ilədək müddətə, 150 000 AZN-ə qədər məbləğdə ipoteka krediti verilir. İlkin ödəniş minimum 15% təşkil edir.

Finss.az xəbər verir ki, kredit yalnız Azərbaycan Respublikasının vətəndaşlarına verilə bilər. Aylıq ödəniş borcalanın gəlirinin 70%-dən artıq olmamalı, kreditin son ödəniş tarixinə qədər borcalanın yaşı pensiya yaşından yuxarı olmamalıdır. Alınan yaşayış sahəsi kreditin təminatı kimi istifadə olunur və ipoteka ilə bağlı daşınmaz əmlak bazar qiyməti əsasında kredit məbləği sığortalanmalıdır.

Eyni vaxtda bir şəxs maksimum iki ipoteka krediti üzrə borcalan kimi iştirak edə bilər. Kredit üzrə borcalanlar arasında yalnız yaxın ailə üzvləri – ər-arvad, bacı-qardaş, övlad-valideyn, baba-nənə ola bilər. İpoteka kreditləri fərdi yaşayış evləri, bağ evləri və 1970-ci ildən sonra tikilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınması üçün verilir.

Kredit şərtləri ARİKZF tərəfindən müəyyən olunan əlavə tələblərlə tamamlanır.

Ətraflı məlumat üçün: //ipoteka.pashabank.az/az/ipoteka/standard-government-mortgage/details

Fuad Mədətov
Finss.az