BANK

19 İyun

Azərbaycanın strateji valyuta ehtiyatları 2,5 milyard dollar artıb

2025-ci ilin ilk rübündə Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollar birbaşa xarici investisiya yatırılıb.

Finss.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin birinci rübü üzrə tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə bildirib.

O vurğulayıb ki, cari ilin yanvar-may aylarında Azərbaycanın reallaşmış aktivləri 413 milyon dollar azalıb.

Samir Nəsirovun sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatları 2,5 milyard dollar artaraq 73,5 milyard dollar səviyyəsinə yüksəlib.

Fuad Mədətov
Finss.az