2025-ci ilin I rübündə Azərbaycanın maliyyə hesabının mənfi saldosu, yəni ölkədən kapital axını təxminən 1,2 milyard ABŞ dolları təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25 % azalma deməkdir.
“Kəsirin əsas səbəbi xarici maliyyə aktivlərinin 1,2 milyard dollar artması və xalis maliyyə öhdəliklərinin 45 milyon dollar azalmasıdır. Bu isə gələcək dövrlərdə ölkənin əlavə faiz gəlirləri əldə etməsi potensialını artırır”, – deyə AMB rəsmisi qeyd edib.
Fuad Mədətov
Finss.az