2025-ci ilin birinci rübündə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 4,7 milyard ABŞ dolları təşkil edib. Qarşılıqlı xidmətlər dövriyyəsinin 26,7 faizi nəqliyyat xidmətlərinin payına düşür.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi dəyəri 1,2 milyard dollar olan nəqliyyat xidmətlərinin 63,1 faizi qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə bağlıdır. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdiyi nəqliyyat xidmətlərinin dəyəri 788,9 milyon dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdiyi nəqliyyat xidmətlərinin dəyəri isə 460,6 milyon dollar təşkil edib.
Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 23,3 faiz, idxalı isə 4,9 faiz artıb. Nəticədə, nəqliyyat xidmətləri üzrə profisit 17,8 faiz artaraq 328,3 milyon dollara yüksəlib.
Qeyd olunur ki, 2024-cü ilin birinci rübündə nəqliyyat xidmətləri üzrə profisit 278,7 milyon dollar idi.
Fuad Mədətov
Finss.az