Finss.az — Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev kredit bürolarının yalnız skorinq sistemləri ilə məhdudlaşmadığını, həmçinin informasiya assimetriyasını azaldaraq məsuliyyətli kreditləşməni təşviq etdiyini bildirib.
“Onlar tənzimləyicilər üçün IFRS 9, Basel III və digər platformalarda risk modellərinin hazırlanmasında mühüm rol oynayır”, — deyə sədr müavini çıxışında vurğulayıb.
Toğrul Əliyevin sözlərinə görə, kredit büroları maliyyə bazarlarında şəffaflığın artırılması, risklərin düzgün qiymətləndirilməsi və kredit sektorunun dayanıqlığının təmin olunmasında vacib alətlərdəndir.
Konfransda bu mövzu üzrə beynəlxalq təcrübə və inkişaf perspektivləri də müzakirə olunub.