Finss.az - Bu gün Milli Məclisin plenar iclasında “Kredit büroları haqqında” Qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb və üçüncü oxunuşda qəbul edilib.
Dəyişikliyə əsasən, kredit bürosuna verilən neqativ məlumatlar — yəni kredit tarixçəsi subyektinin borc öhdəliyinin yaranması zamanı ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi təsir edən məlumatlar — kredit tarixçəsi subyektinə kredit bürosu tərəfindən ödənişsiz bildiriş şəklində təqdim ediləcək.
Bildirişdə həmçinin neqativ məlumatı verən subyekt barədə məlumatlar da yer alacaq. Bu, borcalanlara öz kredit tarixçələrində yaranan neqativ hallardan vaxtında xəbərdar olmaq və onları aradan qaldırmaq imkanı yaradacaq.