Azərbaycanda bank sektorunun aktivləri artmaqda davam edir. 2025-ci ilin aprel ayının sonuna olan məlumata görə, bank sektorunun ümumi aktivləri 54,6 milyard manat təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” forumunda çıxışı zamanı məlumat verib.
Z.Nuriyev bildirib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,9% artım deməkdir. Bu artım bank sektorunun dayanıqlığını və maliyyə vasitəçiliyi funksiyasını gücləndirdiyini göstərir.
Fuad Mədətov
Finss.az