Cari ilin aprel ayının sonuna bank sektorunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 1.7% olub.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” forumunda çıxışı zamanı məlumat verib.
Z.Nuriyevin sözlərinə görə, bu göstərici bank sektorunda risklərin idarə olunması və kredit intizamının möhkəmlənməsi baxımından müsbət nəticə sayılır. Onun fikrincə, vaxtı keçmiş kreditlərin aşağı səviyyədə qalması sektorun sağlamlığının və effektiv nəzarət mexanizmlərinin göstəricisidir.
Fuad Mədətov
Finss.az