BANK

25 İyun

Azərbaycanda nağdsız əməliyyatların həcmi 33.8% artıb

2025-ci il ərzində ölkədə ödəniş kartları ilə həyata keçirilən əməliyyatların 67.1%-i nağdsız formada aparılıb ki, bu da ötən illə müqayisədə 5 faiz bəndi artım deməkdir.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” forumunda çıxışı zamanı məlumat verib.

Z.Nuriyev bildirib ki, 2025-ci ilin ilk 4 ayında kartlarla edilən nağdsız əməliyyatların ümumi həcmi təqribən 30 milyard manat olub və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33.8% çoxdur.

Fuad Mədətov
Finss.az