BANK

25 İyun

Aqrar Kredit Agentliyi 42,8 milyon manat güzəştli kredit verib

Finss.az - 2025-ci ilin yanvar-may ayları ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 2 322 müraciət üzrə ümumilikdə 42,8 milyon manat güzəştli kredit ayırıb.

Nazirliyin verdiyi məlumata əsasən, bu kreditlərin 35 milyon manatı kənd təsərrüfatı texnikası və avadanlığının alınmasına, 7,8 milyon manatı isə digər sahələrə yönəldilib.

Hesabat dövründə agentlik 1 376 baş damazlıq iribuynuzlu heyvanın alınması üçün 3,6 milyon manat, kənd təsərrüfatı texnikası və avadanlıqlarının satınalınması üçün isə 49,9 milyon manat güzəşt vəsaiti ayırıb.

Bundan başqa, yanvar-may aylarında ölkədə 4 340 ədəd kənd təsərrüfatı texnikası lizinqə verilib. Ümumilikdə isə 2005-ci ilin əvvəlindən 2025-ci ilin may ayının sonuna qədər ölkədə 92 919 ədəd kənd təsərrüfatı texnikası lizinq yolu ilə əldə olunub. Bu texnikalar arasında 1 412 ədəd taxılyığan kombayn, 222 ədəd pambıqyığan kombayn, 20 804 ədəd traktor və 70 481 ədəd digər kənd təsərrüfatı texnikası yer alır.